Gürcüstanda bu gündən etibarən bütün növ mağazalar, o cümlədən Mall-ar açılır
Gürcüstanda bu gündən etibarən bütün növ mağazalar, o cümlədən "Mall"-ar açılır. Müvafiq qərar barədə mayın 27-də Koordinasiya Şurasının iclasında Qaxaria bildirmişdi.

Mağazalar və ticarət "Mall"-arı müvafiq qaydalara riayət edərək işləməli olacaqlar. Həmçinin, müştərilər belə obyektlərə daxil olanadək termoskrininqdən keçməli olacaqlar. Vətəndaşın hərarəti 36.9 dərəcəd artıq olmamalıdır. Mall-a daxil olan müştəri müvafiq müdafiə vasitələrilə təmin olunmalı, qoruyucu maska taxmalıdır. Vətəndaşlar həmçinin, sosial məsafə qaydalarına da riayət etməli olacaqlar.

Bununla yanaşı, Səhiyyə naziri tərəfindən ticarət "Mall"-arı və ticarət mərkəzləri ilə bağlı təsdiq olunmuş tövsiyələrə əsasən, paltar dəyişmə otaqları ləğv olunmur, amma bu otaqlar iki saatdan bir dezinfeksiya məhlulu ilə işlənməlidir. Həmçinin, iş gününün sonunda tam şəkildə dezinfeksiya edilməlidir.

Sənədə əsasən, "Mall"-ın ümumi sahəsində 10 kv m.-ə 1 nəfərin buraxılmasına icazə verilir. Fərdi sahədən istifadə sahələrində isə 5 kv m.-ə yalnız bir nəfər ola bilər.

Həmçinin, tövsiyələrdə xaricdən daxil olan havalandırma da yer tutur.

Xatırladaq ki, ticarət mərkəzləri koronavirus pandemiyasına görə martın 19-dan bağlanmışdı.

Print ელ. ფოსტა
FaceBook Twitter Google