Konstitusiya dəyişiklikləri layihəsinin ilk ictimai müzakirəsi bu gün televiziya formatında da keçiriləcək
Bu gün saat 19:00-da konstitusiya qanun layihəsinin ictimai müzakirəsi keçiriləcək. Müzakirə televiziya formatında baş tutacaq.
Parlamentin Prosedur Məsələlər və Qaydalar komitəsinin sədri Quram Macaraşvilinin sözlərinə görə, vətəndaşların komissiya üzvlərinə sual vermək imkanı olacaq ki, onlar da birbaşa efirdə bu sualları cavablandıracaqlar.

Məlum olduğu kimi, Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı Konstitusiya Komissiyası yaradılıb.

"İyunun 4-də canlı yayım olacaq. İctimai Yayım əhalinin internet vasitəsilə komissiya üzvlərinə birbaşa sual verməsini və vətəndaşlarımızın dolğun cavablar almasını canlı yayım vasitəsilə təmin edəcək", – deyə Macarşvili bildirib.

Onun sözlərinə görə, "Covid 19"-un yayılması ilə əlaqədar olaraq, dünya gündəmi dəyişib və səhiyyə sistemi nümayəndələrinin tövsiyəsi əsasında ictimai müzakirənin ictimaiyyətə çıxaraq əhali ilə birbaşa görüşmək yolu ilə deyil, telekommunikasiya yolu ilə baş tutması planlaşdırılıb. Onun sözlərinə görə, ümumi ictimai müzakirələr bir ay ərzində keçirilməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google