Gürcüstanda, yanvarın 30-dan iyunun 3-dək, PGR/ RT-PCR
vasitəsilə 60 273 yoluxma halının ilkin nümunəsi yoxlanılıb. Bu
haqda Gürcüstan hökumətinin COVID-19 əleyhinə həyata keçirilən
tədbirlər haqqında hesabatında deyilir.
Bunlardan 800 təsdiqlənmiş hal var ki, onlardan da 147-si aktiv,
640-ı sağalmış, 13-ü isə vəfat etmiş pasiyentlərə aiddir, ölüm
nisbəti isə 1,63% -dir.
Hesabata görə, Gürcüstanda COVID-19-un çoxalma nisbəti hazırda
1-dən azdır, bu da ötürülmə intensivliyinin azaldığını
göstərir.
"COVID-19-un dünyada geniş yayıldığı ilk günlərdən
Gürcüstan hökuməti iki istiqamətdə - vətəndaşların sağlamlığını və
həyatlarını, həmçinin ölkə iqtisadiyyatını xilas etmək üçün
mübarizəyə başladı. Buna görə də hökumətin atdığı bütün addımlar
ilk növbədə dövlətin insan sağlamlığı və həyatının, həmçinin ölkə
iqtisadiyyatının xilas olması ilə bağlı öhdəliyi yerinə
yetirməsindən irəli gəlir. Bu gün mövcud olan biliyə və bu sahənin
mütəxəssislərinin fikrincə, virusa “ikinci dalğa” adlanan hücum
təhlükəsi yüksəkdir.
Bu infeksiya dalğalı gedişatla müşahidə olunur. Daha dəqiq desək,
dövrü olaraq yoluxma hallarının artması, sonra təkrarən azalması
baş verir və bu faktı digər ölkələrin timsalında görürük.
Bu gün Gürcüstan hökuməti üçün qarşıda duran ən vacib vəzifə
virusun yayılmasının qarşısını almaqda müsbət nəticəni qorumaqdır
ki, ölkədə virusun yayılmasına qoyulan məhdudiyyətlərin
qaldırılması ikinci dalğanın yaranmasına səbəb olmasın. Bu proses
zamanı ictimaiyyətin tövsiyələrə əməl etməsi və qaydaları xüsusi
olaraq diqqətlə qoruması kritik əhəmiyyət daşıyacaq”,
– deyə hesabatda qeyd olunub.