Avropa Birliyinin sərhədlərini açacağı ölkələrin siyahısında Gürcüstan da var – Euronews
“Euronews” mənbəyə istinadən xəbər verir ki, Avropa Birliyi məhdudiyyətləri qaldırdıqdan sonra sərhədlərini iyulun 1-dən açacaq.
Gürcüstan bu ölkələr sırasındadır.

Ancaq “Euronews”un mənbəyinin bildirdiyinə görə, bu məsələ ilə bağlı hər hansı bir qərar verilməyib və Avropa Birliyində bu haqda müzakirə cümə günü davam edəcək.

“Euronews”un məlumatına görə, Braziliya, ABŞ, Rusiya və Qətər Avropa Birliyinin iyulun 1-dən sərhədlərini açmayacağı ölkələrin siyahısındadır. Gürcüstanın qonşuları – Ermənistan və Azərbaycan isə bu siyahıda yoxdur.

Əvvəlcə iyulun 1-dən beynəlxalq müntəzəm uçuşların bərpa olunacağını elan edən Gürcüstan öz sərhədlərini açmayacaq. Dünən, iyunun 25-də isə hökumət "müntəzəm uçuşların bərpa olunmasının iyulun sonuna qədər təxirə salınacağını" elan etdi.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google