Gürcüstanda koronavirusa iki yeni yoluxma halı aşkarlanıb, sağalanların sayı 3 nəfərdir
Gürcüstanda koronavirusa yolxma hallarının sayı 2 nəfər artaraq 928-ə çatıb.

Bu barədə məlumat hökumət tərəfindən xüsusi olaraq yaradılan stopcov.ge veb saytında yerləşdirilib. Sağalanların sayı isə 3 nəfər artaraq 794 nəfər olub.

Karantin rejimində 2 809, stasionar nəzarəti altında isə 229 nəfər var.

Ölkədə koronavirus səbəbindən 15 nəfər vəfat edib.

Bunlarla yanaşı, 3 Gürcüstan vətəndaşı tibbi müalicə üçün xaricdən vətənə qaytarılıb.


Mənbə: İnterPressNews
Print