Braziliyada koronavirusdan ölənlərin sayı 60 000-i keçib
CNN-in Braziliya Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən sutka ərzində Braziliyada 1038 nəfər koronavirusdan həyatını itirib.

Eyni məlumatlara görə, Braziliyada son 24 saat ərzində yeni koronavirusa 46 712 yoluxma halı təsdiqlənib və yoluxan insanların sayı 1 444 753-ə çatıb.

Məlumat üçün bildirək ki, Braziliya dünyada koronavirusa görə ölənlərin sayına görə ABŞ-dan sonra ikinci ölkədir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google