CNN-in Braziliya Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata
görə, ötən sutka ərzində Braziliyada 1038 nəfər koronavirusdan
həyatını itirib.
Eyni məlumatlara görə, Braziliyada son 24 saat ərzində yeni
koronavirusa 46 712 yoluxma halı təsdiqlənib və yoluxan insanların
sayı 1 444 753-ə çatıb.
Məlumat üçün bildirək ki, Braziliya dünyada koronavirusa görə
ölənlərin sayına görə ABŞ-dan sonra ikinci ölkədir.