Gürcüstanda son 24 saat ərzində koronavirusa 5 yeni yoluxma halı
qeydə alınıb. 3 nəfər isə sağalıb.
Hökumətin rəsmi saytı stopcov.ge-nin məlumatına görə, Gürcüstanda
ümumilikdə 963 nəfər virusa yoluxub. Onlardan 841 nəfəri sağalıb,
15 nəfər isə dünyasını dəyişib.
3903 nəfər karantin rejimində, 202 nəfər isə stasionar müşahidə
altındadır.