ABŞ-da koronavirusun yeni 60 021 halı qeydə alınıb və yoluxanların sayı 3 milyona çatır

ABŞ-da ötən gün ərzində koronavirusun yeni 60 021 halı qeydə alınıb və yoluxanların sayı 2 996 098 nəfərə çatıb – bu məlumatı Cons Hopkin Universiteti yayımlayıb.


CNN-nin məlumatına görə, pandemiya başlayandan bugünə qədər bu ölkədə yoluxmanın gündəlik ən yüksək göstəricisidir.

Bundan əlavə ölkədə “Covid-19” 1 195 nəfərin ölümünə səbəb olub və ölənlərin ümumi sayı 131 480 nəfərə çatıb.

Virusa yoluxanların və ölənlərin sayına görə ABŞ dünyada birinci yeri tutur.
Mənbə: İnterPressNews

 

Print