Nəqliyyat vasitələrinin köhnə nömrə nişanlarının dəyişdirilmə müddəti 31 mart 2021-ci ilə qədər uzadıldı
Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi köhnə dövlət nömrə nişanlarının dəyişdirilməsi müddətini qanun dəyişikliyi əsasında 31 mart 2021-ci ilə qədər uzadıb.
Bu barədə "Interpressnews"-a Daxili İşlər Nazirliyinin Xidmət Agentliyindən məlumat verilib.

Agentlikdən verilən məlumata görə, köhnə dövlət nömrə nişanlarını dəyişdirmək istəyən vətəndaşların sayının artması və yeni koronavirusun yayılmasının qarşısının alınması məqsədilə qanunvericilikdə dəyişiklik edilib.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi tərəfindən göstərilən xidmət haqqı və şərtləri haqqında Gürcüstan Qanununda bütün növ mexaniki nəqliyyat vasitələrinin köhnə dövlət nömrə nişanlarının etibarlılıq müddətinin 2021-ci il martın 31-dək uzadılması üçün dəyişiklik edilib. Hər növ mexaniki nəqliyyat vasitələrinin sahibləri 31 mart 2021-ci ilə qədər köhnə nömrə nişanını yeni nömrə nişanı ilə əvəz edə bilərlər. Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi öz xidmətlərinin həyata keçirilməsində Gürcüstan hökumətinin Qururmlararası Koordinasiya Şurasının tövsiyələrini tam nəzərə alır. Agentlik vətəndaşları yerində xidmət almaq üçün maska ilə gəlməyə çağırır",
– deyə məlumatda bildirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google