Dünyada koronavirusa yoluxanların sayı 12 164 173 nəfərə çatıb – bu
barədə məlumatı Worldometers yayımlayıb.
Həmin məlumatlara görə, bu günə qədər koronavirusdan 552 029 nəfər
dünyasını dəyişib, 7 030 006 nəfər isə sağalıb.
Virusa yoluxma sayına görə birinci yerdə ABŞ durur. Ölkədə 3 158
932 yoluxma halı təsdiqlənib. Onlardan 134 862 nəfər dünyasını
dəyişib, 1 392 679 nəfər isə sağalıb.
ABŞ-dan sonra 1 716 196 yoluxma və 68 055 ölüm halı ilə Braziliya
ikinci yerdədir. Üçüncü yerdə isə Hindistan gəlir. Burada virusa
yoluxanların ümumi sayı 769 052, ölənlərin sayı isə 21
144-nəfərdir.
Xatırladaq ki, yeni koronavirusa ilk yoluxma halı cari ilin yanvar
ayının əvvəlində Çində qeydə alınıb. İlk ölüm halı isə 10 yanvar
tarixində Çinin Uhan şəhərində təsdiqlənib.