Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın bildirdiyinə görə, 13 iyul
tarixindən ölkədə açıq məkanlarda mədəni tədbirlərin keçirilməsi
ilə bağlı məhdudiyyətlər götürüləcək.
Qaxaria bu barədə hökumət iclası başlayana qədər baş tutan
brifinqdə bildirib:
“Düşünürəm ki, xüsusilə indi, yay dövründə daxili
turizm aktual olduğu zaman bunun böyük əhəmiyyəti var. Açıq səma
altında keçiriləcək bütün tədbirlərə icazə
veriləcək”, – Qiorqi Qaxaria bildirib.
Qeyd olunan məhdudiyyət ölkədə yeni koronavirus pandemiyası ilə
əlaqədar tətbiq olunmuşdu.