Hökumət pandemiyaya görə işsiz qalanların və özünüməşğulların
yardım alması üçün qeydiyyat vaxtını 1 avqusta qədər uzadıb.
Qiorqi Qaxaria hökumətin bugünkü iclasında bildirib ki, ehtiyac
olduğu halda qeydiyyat vaxtı yenə uzadılacaq.
“Bildiyiniz kimi, qeydiyyat vaxtı başa çatıb. Ancaq hökumət qərar
qəbul edib ki, vaxt 1 avqusta qədər uzadılsın. Lazımı sənədləri
toplamaq üçün gecikən şəxslər üçün vaxt uzadılıb və əgər lazım
olarsa, qeydiyyat vaxtını yenə uzadacağıq. Bu gün epidemiya ilə
mübarizədən başqa ilk və ən vacib məqsəd böhrana görə gəliri
azalan, yaxud gəlirini itirən vətəndaşlara kömək
etməkdir”, – Baş nazir bildirib.
Baş nazirin bildirdiyinə görə, bu günə qədər 121 719 nəfər
özünüməşğul və 129 000-dən artıq işlə təmin olunan şəxs dövlətdən
yardım alıb.
“Bu rəqəmlərin artması üçün əlimizdən gələni edirik və
bizim vaxtı uzatmağımız da məhz buna görədir. Özünüməşğullar
qismində yardımın hədəfi genişlənir və bu gün xaricdə mövsüm işləri
ilə bağlı işləyən adamlara da yardım göstərəcəyik. Onlardan da
ərizələrin qəbul olunmasına başlayacağıq”, – Baş
nazir qeyd edib.