Mestiya bələdiyyəsində maşını ilə çaya düşən kişini axtarırlar
Mestiya bələdiyyəsində, avtomobili ilə Mulxura çayına düşən kişini axtarırlar. Qəza Mestiya-Uşquli yolunun Mulaxi hissəsində baş verib.
Mestiya meri, Kapiton Jorjolianinin “İnterpressNews”a verdiyi məlumata görə, çaya düşən avtomobildə yalnız bir nəfər olub və onu hələ də tapa bilməyiblər.

"Maşında yalnız bir nəfər oturubmuş və onu tapmaq hələ də mümkün olmayıb. Hadisə yerinə bütün xilasetmə briqadaları səfərbər olunub", – deyə Jorjoliani bildirib.

Kənd müvəkkili Vaso Zurebinin "İnterpressNews"a bildirdiyinə görə, maşın çıxarılıb, ancaq çayın güclü axını avtomobildə olan şəxsin axtarışına mane olur.

Baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsini 276-cı maddəsinin 2-ci hissəsi ilə istintaq başladılıb. Həmin maddə nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulmasını nəzərdə tutur.


Print ელ. ფოსტა
FaceBook Twitter Google