Rustavidə partlayış nəticəsində bir nəfər vəfat edib
Rustavidə baş vermiş partlayış nəticəsində bir nəfər ölüb. Bu barədə məlumatı On.ge-yə Daxili İşlər Nazirliyindən təsdiqləyiblər. Məlumata görə, metal qəbulu məntəqəsinin həyətində qaz balonu partlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq başladılıb.

Həmin maddə mədən, tikinti və ya digər iş zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində insan həyatının itirilməsi və ya digər ağır nəticələrə səbəb olmanı nəzərdə tutur.

Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google