Xəbərlər
Azərbaycanın Müdafiə Nazirliyi ölkəyə məxsus pilotsuz təyyarənin vurulması barədə məlumatı təkzib edir
Azərbaycanın Müdafiə Nazirliyi ölkəyə məxsus pilotsuz uçuş aparatının vurulduğunu təkzib edir. Bu barədə məlumatı Azərbaycanın İnformasiya Agentliyi APA yayıb.

“Bu məlumatın doğru olmadığını bəyan edirik. Azərbaycan ordusuna məxsus bütün pilotsuz uçuş aparatları yerindədir və bizdə itki yoxdur", – Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Xatırladaq ki, dünən Azərbaycan-Ermənistan sərhədində Ermənistan və Azərbaycan hərbçiləri arasında qarşıdurma baş vermiş, mətbuatda yayılan məlumatlara görə, atışmalar nəticəsində 3 Azərbaycan əsgəri həlak olmuş və 5 nəfər yaralanmışdı. Tərəflər atəşkəsin pozulmasında bir-birini günahlandırırlar.

Toqquşmalar gecə yarısına qədər davam edib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Ağdam kəndi istiqamətində 120 mm-lik minaatanlardan atəş açıb, Azərbaycan əsgərləri isə “düşmənin təxribatına cavab olaraq sərt tədbirlər görüblər.”

Ermənistanın Müdafiə Nazirliyi yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə məlumatı təkzib edib.

FaceBook Twitter Google
COVID-19-სთან ბრძოლაში რიჩარდ ლუგარის ცენტრის მნიშვნელობის ზრდასთან ერთად, კრემლისტური მედია, რომელიც წლებია ლაბორატორიასთან დაკავშირებით სხვადასხვა კონსპირაციას ავითარებს
სრულად
04:00 / 05.08.2020
დაიცავი დისტანცია