Polis Xaşuridə qrup şəklində törədilmiş zorakılıq ittihamı ilə üç
nəfəri saxlayıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Qurumdan verilən məlumata görə, təqsirləndirilən şəxslər Xaşurinin
Ali kəndində bir nəfərə qarşı fiziki zorakılıq törədiblər.
Baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 2 ilədək
müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 126-cı maddəsinin
1-ci hissəsinin "b" bəndi ilə istintaq aparılır. Həmin maddə qrup
şəklində törədilmiş zorakılığı nəzərdə tutur.