Türkiyədən dəvətnaməni necə almaq olar - qaydalar barədə ətraflı
Avqustun 4-dən etibarən Gürcüstan vətəndaşları Türkiyənin dəvəti ilə sərhədi keçə və qonşu ölkəyə işləməyə gedə bilirlər.

Sərhədi keçməyə Gürcüstan vətəndaşının adı, soyadı və şəxsi nömrəsi daxil olmaqla, Türkiyə Respublikasının vətəndaşı və ya Türkiyə Respublikasında qeydiyyatdan keçmiş şirkət tərəfindən verilmiş, notarial qaydada təsdiq edilmiş üç aylıq dəvətnaməsi olan Gürcüstan vətəndaşına icazə verilir. Dəvətin səbəbi həm məşğulluq, həm də qonaq dəvətnaməsi ola bilər.

Dəvətnaməni necə almalısınız?

Dəvətnaməni almaq üçün Türkiyə Respublikasında yaşayan bir işəgötürənlə əlaqə saxlamalısınız. İşəgötürən sizə dəvət göndərir. Gürcüstanın Trabzondakı baş konsulunun köməkçisi Qiorqi Kuşitaşvilinin sözlərinə görə, dəvət göndərmək işəgötürənə və ya işçiyə heç bir əlavə vergi öhdəliyi yaratmır.

İşəgötürən bir sənədlə bir neçə nəfəri (5-10) dəvət edə bilərmi?

“Bildiyimə görə, bir dəvətnaməyə on nəfərə qədər insanın yazılması mümkündür. Bizə bildirdiklərinə görə, notarius on nəfərin məlumatlarını dəvətnamədə qeyd edə bilər. Ancaq bu şifahi məlumatdır", — deyə Gürcüstanın Trabzondakı baş konsulunun köməkçisi Qiorqi Kuşitaşvili bildirib.

Türkiyə vətəndaşı tərəfindən göndərilən bir dəvətnamənin notarial qaydada təsdiqlənməsi neçəyə başa gəlir?

“Türkiyə vətəndaşı tərəfindən hazırlanan dəvətnamənin həqiqiliyi notariusun imzası ilə təsdiqlənir. Türkiyədə notarial qaydada təsdiqlənmiş sənədin maksimal qiyməti 150 lirədir. Bu gün 150 lirə təxminən 20 dollara bərabərdir.

Xahiş edirəm, bildirin ki, vasitəçi şirkətlərə etibar etməsinlər. Bu vasitəçi şirkətə 200 dollar ödəyə bilərlər, amma sonra mümkündür ki, müvafiq Gürcüstan agentlikləri Türkiyəyə getməkdən imtina etsinlər. Vasitəçi şirkətin Türkiyə vətəndaşı tapıb dəvətnamə göndərməsi heç nə demək deyil. Çünki qərarı sonra yenə də Gürcüstan hökuməti verir", — deyə Qiorqi Kuşitaşvili qeyd edib.

Türkiyə vətəndaşı Gürcüstan vətəndaşına dəvətnaməni necə göndərməlidir?

Türkiyədən dəvətnamə göndərməyin iki yolu var — orijinalı Gürcüstana poçt və ya şəxsi əlaqələr vasitəsilə göndərilə bilər. Poçtla göndərmə qiyməti 25 lirədir, təxminən 4 dollar. Poçt xidmətinin pandemiyadan əvvəlki dövrdə 3-5 gün çəkirdi. İndi bu müddət iki həftəyə qədər artırılıb.

Ayrıca, işəgötürən dəvəti elektron poçtla da göndərə bilər.

"Notarius tərcümə və sertifikatlaşdırma işlərindən imtina etmədiyi təqdirdə elektron poçtla göndərmək kifayətdir. Müvafiq elektron formada orada vurulmuş möhür görünməli və dəqiq oxunmalıdır ki, notarius gürcü dilinə tərcümə edib təsdiq edə bilsin. Bunun bizə hansı formada gətiriləcəyi ilə bağlı problemimiz yoxdur. Gürcü tərcüməsi də notarial qaydada təsdiqlənir və sonra hər üçü birlikdə — türkcə versiya, gürcücə tərcüməsi və notarial qaydada təsdiq edilmiş sənəd birlikdə sistemə yüklənir.

Dəvətnamə forması moh.gov.ge saytında yerləşdirilib, burada həm türk, həm də gürcü dilində olan versiyaları görmək mümkündür”, — deyə “Batumelebi”yə Acarıstanın İşlə Təminetmə Agentliyindən bildiriblər.

Gürcüstanda dəvətnaməni tərcümə edib notarial qaydada təsdiqləmək neçəyə başa gəlir?

Türkiyədən elektron şəkildə göndərilən bir dəvətnamənin tərcüməsi [2 səhifə] Batumidə notarial qaydada cəmi 30-50 lariyə başa gəlir. Tərcüməçilərdən biri "Batumelebi"yə bildirib ki, sənədin tərcüməsi və notarial qaydada təsdiqlənməsi 1 saat çəkir.

Sənədi Gürcüstanda notarial qaydada təsdiqlədikdən sonra nə baş verir?

Notarial qaydada təsdiq edilmiş sənədlər - türk dilində olan dəvətnamə, onun gürcü dilindəki tərcüməsi və notarial qaydada təsdiq edilmiş sənəd Səhiyyə Nazirliyinin xüsusi yaradılmış veb saytında yerləşdirilməlidir.

Sənədləri sayta necə yükləmək olar?

Əvvəlcə https://abroadworkers.moh.gov.ge/ saytına daxil olun və qeydiyyatdan keçin. Sonra Türkiyə Respublikasından 3 aylıq "iş dəvətnaməsini" təsdiqləyən notarial qaydada təsdiq edilmiş sənədi, habelə gürcü dilinə notarial qaydada tərcümə edilmiş sənədi yükləyin. Nəzərə alın ki, qeydiyyatdan keçmək istəyən şəxs yalnız bir dəfə sorğu göndərə bilər.

Türkiyəyə işə göndərilməyinizi nə qədər vaxta biləcəksiniz?

Acarıstan hökuməti müraciət formasını və ona əlavə olunmuş sənədləri yoxlamaq üçün Acarıstan Hökuməti, Xarici İşlər Nazirliyi, Gürcüstan Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi və/və ya Gürcüstan agentlikləri sistemindəki qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradıb. Doldurulmuş ərizə xüsusi elektron proqram vasitəsi ilə yoxlanılacaq və ərizə doldurulduqdan sonra 7 təqvim günü müddətində ərizəçiyə Türkiyəyə işləməyə icazə veriləcəyi barədə məlumat veriləcək.

Sualları yarandığı halda vətəndaşlar Gürcüstan Səhiyyə Nazirliyinin qaynar xəttinə — 1505-ə zəng etməli və ya Acarıstan Məşğulluq Agentliyinin ofisi ilə əlaqə qurmalıdırlar. Ünvan: Batumi, Cavaxişvili küçəsi 70/72
İş saatları ərzində isə bu telefon nömrəsinə zəng edə bilərlər: 0422 24 78 83

Mənbə: batumeli.netgazeti.ge
Print