Audit hesabatına görə 5 ən varlı partiya
Dövlət Audit İdarəsinin hesabatına görə, 2020-ci ilin ilk 6 ayında siyasi partiyalar ümumilikdə 12 878 002 lari gəlir əldə ediblər ki, bunun da 7 milyon laridən çoxu ianə olub.

Məlumata görə, ən çox ianə alan hakim partiyadır:

Gürcü Arzusu – 4 720 251 lari;
"LELO Gürcüstan naminə" – 1 494 915 lari;
Vahid Milli Hərəkat – 465 869 lari;
"Avropalı Gürcüstan" – 145 900 lari;
"Gürcüstan Vətənpərvərlər Alyansı" – 144 000 lari;
Digər partiyalar – 33 596 lari.

Ümumilikdə, siyasi partiyaların 2020-ci ilin ilk 6 ayındakı gəlirləri aşağıdakı kimi bölüşdürülür:

“Gürcü Arzusu-Demokratik Gürcüstan” – 5 929 492 lari;
"LELO-Gürcüstan naminə" – 1 494 915 lari;
Vahid Milli Hərəkat – 1 047 180 lari;
"Gürcüstan Vətənpərvərlər Alyansı" – 948 246 lari;
Avropalı Gürcüstan – 749 255 lari;
Digər partiyalar – 2 708 914 lari.

Gəlirlərə görə, "Gürcü Arzusu" ötən il 7 036 166 lari ilə lider idi. 2019-cu ildə gəlirlər partiyalara görə aşağıdakı qaydada bölünmüşdü:

"Gürcüstan Vətənpərvərlər Alyansı" – 1 676 618 lari;
"Avropalı Gürcüstan" – 1 643 099 lari;
Vahid Milli Hərəkat – 1 489 828 lari;
" Lelo Hərəkatı" – 520 000 lari;
Digər partiyalar – 6 097 286 lari.



Mənbə: publika.ge
Print