Xəbərlər
Sənədləri tam doldurmayan vətəndaşlar da 300 larilik yardım ala biləcəklər - Qaxaria

Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın sözlərinə görə, pandemiya zamanı işini itirmiş özünüməşğullar və sənədləri tam doldura bilməyənlər 300 larilik yardımı ala biləcəklər.



Onun sözlərinə görə 80 000 nəfər 300 larilik yardımla bağlı sənədləri doldura bilməyib. Ancaq buna baxmayaraq proqramın sonunda onlara yardım yenə də köçürüləcək.

“Özünüməşğullara dəstək proqramına bir neçə ay əvvəl başladıq. Bu dövr ərzində Gürcüstan hökumətinə 250 min Gürcüstan vətəndaşı birdəfəlik 300 larilik yardım üçün müraciət edib. Əlbəttə bu yardımı 170 min nəfər vətəndaş alıb. Onlar sənədləri tam doldurublar.
Ancaq bu gün biz ikinci mərhələyə keçənə və özünüməşğullar üçün proqramı başa vurana qədər qərar qəbul etdik ki, sənədləri tam doldurmayan, qalan 80 000 nəfər Gürcüstan vətəndaşına da 300 larilik yardımı köçürək”-
Qaxaria bildirib.

 

FaceBook Twitter Google
დაიცავი დისტანცია