Gürcüstan parlamentinin deputatı Enzel Mkoyan ölümlə təhdid olunub.
Bu barədə onun vəkili Tariel Mutmanişvili keçirdiyi brifinqdə
bildirib.
Onun sözlərinə görə, deputatın mobil telefonuna iyulun 20-də zəng
daxil olub:
“Qafqaz aksenti ilə rusca danışan şəxs
Enzel Mkoyandan siyasətdən getməsini tələb edib. Deputatın yaxın
adamının əlindən alınacağı bildirilib. Dörd gündən sonra yenidən
zəng olub və 5 milyon dollar tələb edilib. Əks halda, deputatın
öldürüləcəyi deyilib. İndeksə əsasən, zəng Moskvadan
olub”.
Vəkil bildirib ki, E.Mkoyan qorxu içindədir və ABŞ-ın Gürcüstandakı
səfiri ilə görüş tələb edir:
“Enzel onun adından
bəyanat verməyimi xahiş edib. O, ailə üzvlərinin həyatının
qorunması xahişi ilə Gürcüstanda akkreditə olunmuş bütün səfirlərə
müraciət edir”.
T.Mutmanişvili qeyd edib ki, müdafiə etdiyi şəxs faktın rayon
polisi tərəfindən deyil, Gürcüstanın Baş Prokurorluğunda
araşdırılmasını tələb edir.
Mənbə: NewsBureau