Enzel Mkoyan ölümlə hədələnib, deputatdan 5 milyon dollar tələb olunur
Gürcüstan parlamentinin deputatı Enzel Mkoyan ölümlə təhdid olunub.

Bu barədə onun vəkili Tariel Mutmanişvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, deputatın mobil telefonuna iyulun 20-də zəng daxil olub: “Qafqaz aksenti ilə rusca danışan şəxs Enzel Mkoyandan siyasətdən getməsini tələb edib. Deputatın yaxın adamının əlindən alınacağı bildirilib. Dörd gündən sonra yenidən zəng olub və 5 milyon dollar tələb edilib. Əks halda, deputatın öldürüləcəyi deyilib. İndeksə əsasən, zəng Moskvadan olub”.

Vəkil bildirib ki, E.Mkoyan qorxu içindədir və ABŞ-ın Gürcüstandakı səfiri ilə görüş tələb edir: “Enzel onun adından bəyanat verməyimi xahiş edib. O, ailə üzvlərinin həyatının qorunması xahişi ilə Gürcüstanda akkreditə olunmuş bütün səfirlərə müraciət edir”.

T.Mutmanişvili qeyd edib ki, müdafiə etdiyi şəxs faktın rayon polisi tərəfindən deyil, Gürcüstanın Baş Prokurorluğunda araşdırılmasını tələb edir.

Mənbə: NewsBureau
Print