Dmanisi meri “Gürcü Arzusu”ndan qovulub
Dmanisi meri Qiorqi Tatuaşvili hakim Gürcü Arzusu Partiyasından qovulub.

Bu barədə partiyanın yaydığı məlumatda bildirilib.

“Qiorqi Tatuaşvilinin partiya sıralarından xaric edilməsinin səbəbi onun nizamnaməni kobud şəkildə pozmasıdır. O, rəqib namizədin seçki kampaniyasını dəstəkləyib”, – məlumatda qeyd olunub.

Mer “Gürcü Arzusu”nun Dmanisi regional təşkilatının sədrliyindən də çıxarılıb.

Qeyd edək ki, Q.Tatuaşvili 2017-ci ildə Dmanisinin meri seçilib.

Mənbə: NewsBureau
Print ელ. ფოსტა
FaceBook Twitter Google