Xəbərlər
Axaltsixedə milli zəmində növbəti insident – Mərdəliyevlər ailəsinə hücum olub
Avqustun 4-dən 5-nə keçən gecə Axaltsixedə Mərdəliyevlər ailəsi hücum və təhqirə məruz qalıb.

Bir qrup şəxs ailəyə məxsus avtomobilə taxta dəyənəklərlə ziyan vurub.

Hücum edən şəxslər “Siz türksünüz, siz azərbaycanlısınız, Gürcüstandan rədd olun!” deyə qışqırıblar.

Ailə üzvlərinin bildirdiyinə görə, isnidentlə bağlı cinayət işi açılıb və artıq bir nəfər saxlanılıb.

Bu gün Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Mərdəliyevlər ailəsinə baş çəkiblər, onları narahat edən məsələləri müzakirə ediblər.

Mərdəliyevlər ailəsinin üzvləri məhsəti türkləri olan Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, bu, Axaltsixedə milli zəmində baş verən ikinci insidentdir. Belə ki, iyulun 18-də Samtsxe Cavaxeti Dövlət Universitetinin azərbaycanlı və erməni tələbələri arasında mübahisə yaşanıb. Hadisədən sonra 18 Azərbaycan vətəndaşı Tbilisiyə təxliyə olunub. Hadisələrə səbəb Azərbaycan-Ermənistan sərhədində ötən ay baş vermiş gərginlikdir.



Mənbə: NewsBureau
FaceBook Twitter Google
დაიცავი დისტანცია