Xəbərlər
Dmanisidən olan deputat biznesmen qardaşlarla bir partiyaya qoşulub
Gürcüstan parlamentinin Dmanisidən olan majoritar deputatı Kaxa Okriaşvili biznesmen qardaşlar – Sezar və Yaqo Çoçeli ilə “Tərəqqi və azadlıq” partiyasına qoşulublar.

Nikoloz Qvritişvilinin sədri olduğu partiya parlament seçkilərində iştirak üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib.

Beləliklə, K.Okriaşvili parlament seçkilərinə Çoçeli qardaşları ilə birgə gedəcəyi məlum olur.

Dmanisi meri Giorgi Tatuaşvilinin hakim Gürcü Arzusu Partiyasından qovulmasına səbəb onun K.Okriaşvilinin namizədliyini dəstəkləməyə hazırlaşmasıdır.

Qeyd edək ki, K. Okriaşvili üç dəfə deputat seçilib. Sonuncu dəfə Dmanisidən majoritar deputat seçilib. O, “PSP” aptek, eyniadlı klinika və sığorta şirkətləri şəbəkəsinin sahibidir.

Mənbə: NewsBureau
FaceBook Twitter Google
დაიცავი დისტანცია