“Gürcüstanda hazırkı vəziyyət koronavirusun ikinci
dalğası deyil”.
Bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
O deyib ki, payızda bütün digər ölkələr kimi Gürcüstanda da müəyyən
kəskinləşmə gözlənilir:
“Yoluxma hallarının artımı
infeksiyanın pik həddi ilə bağlı deyil. Bu, müəyyən prosesdir və
bunun üçün say artımı xarakterikdir”.
Qeyd edək ki, son sutkada Gürcüstanda koronavirusa 25 yeni yoluxma
halı təsdiqlənib. Halların 17-si Mestia bələdiyyəsində qeydə
alınıb. Buna görə bələdiyyədə karantin mıhdudiyyətləri tətbiq
olunub. Xüsusi rejimin 28 gün qüvvədə olacağı bildirilib.
Mənbə: NewsBureau