Gürcüstanda koronavirusun ikinci dalğası başlayıb?
“Gürcüstanda hazırkı vəziyyət koronavirusun ikinci dalğası deyil”.

Bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

O deyib ki, payızda bütün digər ölkələr kimi Gürcüstanda da müəyyən kəskinləşmə gözlənilir: “Yoluxma hallarının artımı infeksiyanın pik həddi ilə bağlı deyil. Bu, müəyyən prosesdir və bunun üçün say artımı xarakterikdir”.

Qeyd edək ki, son sutkada Gürcüstanda koronavirusa 25 yeni yoluxma halı təsdiqlənib. Halların 17-si Mestia bələdiyyəsində qeydə alınıb. Buna görə bələdiyyədə karantin mıhdudiyyətləri tətbiq olunub. Xüsusi rejimin 28 gün qüvvədə olacağı bildirilib.

Mənbə: NewsBureau
Print