Azərbaycanda koronavirusa yoluxanların sayı 33647, ölənlərin sayı isə 492 nəfərə çatdı
10 avqust tarixinə olan məlumatlara görə, Azərbaycanda son 24 saat ərzində koronavirusa 89 nəfər yoluxub. Virusdan 278 xəstə sağalaraq evə buraxılıb, daha 2 nəfər isə dünyasını dəyişib. Bu barədə məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, bununla da bu günə qədər Azərbaycanda Covid-19-a ümumilikdə 33647 yoluxma halı təsdiqlənib ki, onlardan da 30642 nəfər sağalıb, 492 nəfər isə vəfat edib.

Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xüsusi rejimli xəstəxanalarda 2513 nəfər müalicə olunur. Bu gün yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5015 test aparılıb.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 790 141 test aparılıb.

Print