Marneulidə koronavirusa yoluxma halı qeydə alındı
Bu gün, 11 avqust tarixində Marneulidə koronavirusa yoluxma halı qeydə alındı.
Marneuli İctimai Səhiyyə Mərkəzinin Rəhbəri Eter Laperadzenin “Marneuli” radiosuna verdiyi məlumata görə, koronavirusa yoluxmuş şəxs Mestia klasterinə aiddir.

Laperadzenin bildirdiyinə görə, hazırda virusa yoluxmuş şəxsin təmasda olduğu 18 nəfər müəyyənləşdirilib və bu istiqamətdə işlər davam etdirilir.

“Marneuli” radiosunun əldə etdiyi məlumata görə, virusa yoluxan orta yaşlı kişidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google