Qiorqi Şakaraşvili məsələsinə görə Vaxtanq Çikovani, Arçil Qaqnidze, Nikoloz Revazişvili və 2 yetkinlik yaşına çatmayan şəxsə qarşı sürülən ittiham ağırlaşdırıldı
Futbolçu Qiorqi Şakaraşvili işinə görə prokurorluq "Toyota Camry"nin 5 sərnişininə qarşı Gürcüstanın CM-nin 109-cu maddəsinin maddənin 2-ci hissəsinin "e" bəndinə əsasən cinayət işi açıb. Həmin maddə qrup şəklində qəsdən adam öldürməni nəzərdə tutur.

Prokurorluqda keçirilən brifinqə əsasən, bu ittiham Vaxtanq Çikovani, Arçil Qaqnidze, Nikoloz Revazişvili, yetkinlik yaşına çatmayanlar A.K. və Z.K.-ya qarşı irəli sürülüb.

Məlumat üçün bildirək ki, ailəsi iyunun 19-da futbolçu Qiorqi Şakaraşvilinin itməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. 4 günlük axtarış nəticəsində dalğıclar futbolçu Qiorqi Şakaraşvilinin cəsədini sudan tapmışdılar. Bu işə görə 17 nəfər həbs olunub, onlardan 6-sı azyaşlıdır.

Saxlanılanların bir qismi təcavüz, dəstə zorakılığı təşkil etmək, dəstə zorakılığında iştirak etmək, qanunsuz azadlıqdan məhrum etmə və qəsdən qrup şəklində qətlə görə ittiham olunur.

Onların hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google