“Mixeil Saakaşvili vədlərinə baxmayaraq, Gürcüstana
qayıtmayacaq”.
Bunu “Vahid Gürcüstan – Demokratik hərəkat” partiyasının sədri Nino
Burcanadze “RİA Novosti”yə müsahibəsində deyib.
“Xeyr, o qayıtmayacaq. Bu o insan deyil ki, öz rifahı və azadlığını
sual altına qoysun. Onun qayıtmaq şansı 1%-ə bərabərdir. O,
hakimiyyətə dəqiq qayıtmayacaq”, – o bildirib.
Siyasətçi hesab edir ki, gürcü xalqı Vahid Milli Hərəkatı
dəstəkləməyəcək:
“Hətta
koalision hökumətdə belə mən Saakaşvilinin namizədliyini heç vaxt
dəstəkləməyəcəm”.
Mənbə: NewsBureau