Tbilisi və daha 5 şəhərdə dərslərin siniflərdə bərpası yenidən təxirə salına bilər
“Gürcüstanda yaxın günlərdə gündəlik yoluxma sayı 200-ü ötərsə, məktəblərdə dərslərin siniflərdə bərpası daha 2 həftə təxirə salına bilər”.

Bu barədəTbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib.

O deyib ki, sutkalıq yoluxma sayı 200 ətrafında olarsa, oktyabrın 1-də məktəblərdə dərslərin bərpası və bağçaların açılması mümkün olacaq: “Lakin əgər buna nail olunmasa, tarix daha 2 həftə uzadıla bilər. Subyektiv fikrimə əsasən, buna ehtiyac olmayacaq”.

Səhiyyə nazirinin müavini Tamar Qabunia da bildirib ki, hazırkı mərhələdə məktəblərdə tədrisin başlaması ilə bağlı heç bir yeni qərar qəbul edilməyib.

Qeyd edək ki, Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Qori və Poti şəhərlərində yeni tədris ilinin başlaması oktyabrın 1-dək təxirə salınıb. Bu şəhərlərdəki məktəblərin şagirdləri distant təhsilə cəlb olunublar. Ölkədə uşaq bağçalarının da oktyabrın 1-də açılması nəzərdə tutulub.

Mənbə: NewsBureau
Print