Sinoptiklər Gürcüstanın qərbində sentyabrın 30-dək nisbətən isti, şərqində nisbətən sərin hava olacağını proqnozlaşdırırlar

Milli Ekologiya Agentliyinin məlumatına görə, 28-30 sentyabr tarixlərində Gürcüstanın qərbində isti və əsasən yağmursuz hava şəraiti davam edəcək.


Bəzi yerlərdə güclü şərq küləyi əsəcək.

Agentlikdən “InterpressNews”-a verilən məlumata görə, havanın temperaturu +27, +32 dərəcə olacaq. Oktyabrın 1-də yağış yağacaq, havanın temperaturu +23, +28 dərəcəyə qədər düşəcək.

Şərqi Gürcüstanda nisbətən sərin və qismən buludlu hava şəraiti gözlənilir. Bəzi yerlərdə zəif yağış və duman ola bilər.

"Havanın hərarətinin +19, +24 dərəcə olacağı gözlənilir. Tbilisidə az miqdarda yağış və duman gözlənilir. Havanın hərarəti +21, +23 dərəcə olacaq", – məlumatda deyilir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google