Qarabağ Azərbaycan ərazisidir - Saakaşvilinin münaqişəyə cavabı

"Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir" deyə keçmiş prezident Mixail Saakaşvili Dağlıq Qarabağdakı erməni və Azərbaycan tərəfləri arasında hərbi əməliyyatların yenidən başlamasına cavab olaraq bildirib.



"Mənim mövqeyim çox aydındır - dövlət bütövlüyü prinsipinə söykənir, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və bunu heç nə dəyişməyəcək", – deyə Saakaşvili Facebook-da yazıb.

"Əlbəttə ki, eyni zamanda, bu bölgənin məcburi qaçqını olan hər kəsin evlərinə qayıtmaq hüququ var və elə də orda yaşayanlar dinc yaşamaq hüquqlarına sahibdirlər və onların hüquqları qorunmalıdır",
– yazdı.

Saakaşvili, həmçinin Azərbaycan ilə Ermənistan arasındakı hərbi toqquşmaların "bölgəmizdəki sülh və xalqlarımızın rifahı üçün qayğı göstərənlərin hamısını çox narahat etdiyini" və bu səbəbdən "insan tələfatı və vəziyyətin gərginləşməsini" "böyük ürək ağrısı" ilə yanaşdığını yazıb.

Sonda Saakaşvili "Gürcüstan Qafqazın üç milləti arasındakı qardaşlıq və dostluq münasibətlərində maraqlıdır""gələcəyimiz üç Baltikyanı dövlət arasındakı münasibətlər kimi olmalıdır"  – yazıb. Onun sözlərinə görə, "yalnız xarici qüvvələr bizi dayandırmaqda və bizə hakim olmaqda maraqlıdır və biz buna heç bir şəkildə icazə verməməliyik."

Dağlıq Qarabağda hərbi toqquşmalar 27 sentyabr səhəri yenidən başladı. Tərəflər qurbanlardan bəhs edir və hərbi əməliyyatların yenidən başlamağında bir-birlərini günahlandırırlar. Ermənistan və Azərbaycanda hərbi vəziyyət elan edildi.

Gürcüstan hökuməti, xüsusən Xarici İşlər Nazirliyi, növbəti hərbi eskalasiyanı narahatlıqla izlədiklərini söylədi.

Gürcüstan "atəşkəs razılığının əldə ediləcəyi, tərəflər arasında danışıqlar rejiminin əldə ediləcəyi və genişmiqyaslı döyüş əməliyyatlarının aparılacağına" ümid etdiyini bildirdi.

"Öz tərəfimizdən Gürcüstanın gərginliyin azaldılmasına və bölgədə sülhün bərqərar olmasına hər cür töhfə verməyə hazır olduğunu bəyan edirik", – dedi.

Gürcüstan müxalifət partiyaları da vəziyyətə cavab verdi. Məsələn, "Avropa Gürcüstanının" liderlərindən biri Sergi Kapanadze bu gün səhər Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinc mövqenin vacib olduğunu və eyni zamanda bir neçə ssenariyə hazırlamalı olduqlarını söylədi.
Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google