29 sentyabr tarixinə olan məlumata görə, son 24 saat ərzində
Gürcüstanda koronavirusa (Covid-19) 314 yeni yoluxma halı
aşkarlanıb və yoluxan insanların sayı 5866 nəfərə çatıb.
Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılan stopcov.ge
saytında yayımlanıb.
Sağalanların sayında da artım var – daha 33 nəfər sağalıb və
sağalanların sayı 2324 nəfər olub. Bu günə qədər isə Gürcüstanda
koronavirusdan 33 nəfər dünyasını dəyişib.
Karantin rejimində 5637, stasionar nəzarət altında 836 nəfər var,
800 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur. Bundan
əlavə, 41 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xaricdən ölkəyə
gətirilib.