Gürcüstanda koronavirusdan daha 1 262 nəfər sağaldı
27 oktyabr tarixinə olan məlumata görə, Gürcüstanda son 24 saat ərzində koronavirusdan daha 1 262 nəfər sağaldı. Bununla da ölkədə sağalanların sayı 12 632 nəfərə çatdı.

Bu barədə məlumatı hökumət tərəfindən yaradılan stopcov.ge saytında yayımlanıb.

Digər məlumatlara gəlincə son 24 saat ərzində Gürcüstanda koronavirusa (Covid-19) 1 824 yeni yoluxma halı aşkarlanıb və yoluxan insanların sayı 32 127 nəfərə çatıb.

Bu günə qədər isə Gürcüstanda koronavirusdan 238 nəfər dünyasını dəyişib.

Karantin rejimində 3 757, stasionar nəzarət altında 3 847 nəfər var, 2 249 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur. Bundan əlavə, 41 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xaricdən ölkəyə gətirilib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google