Keçmiş Ədliyyə Naziri və hakim partiyanın liderlərindən biri Tea
Tsulukianinin "Gürcü Arzusu"-nun ofisində keçirdiyi brifinqdə
dediyinə görə, "Milli Hərəkat"-ın Soso Caçvlianini sevməsi çox
gülməli bir hekayədir.
Jurnalistin sualı Soso Caçvlianinin hakim partiyanı tərk etməsi ilə
bağlı olub.
"İndi Soso Caçvlianini sevməyə başladılar?! Çox yaxşı.
"Milliyətçi Hərəkatın" Soso Caçvlianini sevməkləri düşünürəm ki,
gülməli bir hekayədir", – Tea Tsulukiani deyib.
Soso Caçvliani dünən "Mtavari Arxi"-nin canlı yayımında "Gürcü
Arzusu"-ndan ayrılmasından danışıb
Qol Güləşi Federasiyasındakı mübahisələri müzakirə edərkən Tbilisi
Şəhər Meri Kaxa Kaladzenin bu işdə olduğunu və onun həyat
yoldaşının qardaşı Qiorqi Areşidzenin ona federasiyanı tərk
etməsini söyləyərək məsələyə qarışdığını bildirib.
"Bu rejim
getməlidir" və bu rejimi yaradan bütün "Gürcü Arzusu"
komandasıdır" deyə Soso Caçvliani Partiyadan ayrıldığını canlı
yayımda açıqlayarkən qeyd edib.