Pakistanın Pişəvər şəhərində seminariyada səhər saatlarında
partlayış baş verib. Partlayış nəticəsində azı yeddi nəfər həlak
olub, 100-dən çox insan yaralanıb.
Bu barədə “The Dawn” xəbər yayıb.
Qurbanlar arasında uşaqların olduğu vurğulanıb.
İlkin ehtimallara görə, partlayış əldəqayırma bomba ilə həyata
keçirilib. Belə ki, “Quran” dərsi zamanı seminariyaya içərisində
partlayıcı olan çanta gətirilib.
Yaralılardan ikisi müəllimdir.
Hələlik heç bir qrup partlayışla əlaqədar məsuliyyəti öz üzərinə
götürməyib.
Mənbə: oxu.az