2020-ci ildə Gürcüstandan Azərbaycana 226,3 milyon ABŞ dolları
dəyərində 23 348 ədəd minik avtomobili ixrac olunub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, avtomobillərin sayı illik müqayisədə 898 ədəd
azalıb.
Ötən il Azərbaycan Gürcüstandan ümumi dəyəri 9,9 milyon ABŞ dolları
olan yük daşımaq üçün 1 513 ədəd motorlu nəqliyyat vasitəsi də
idxal edib. Bu, 2019-cu illə müqayisədə 146 ədəd azdır.
Mənbə: report.az