Rusiya Prezidenti Vladimir Putin müxalif bloger Aleksay Navalnının
onun haqqında araşdırması olan “Putinin sarayı” (“Дворец для
Путина”) filminə münasibət bildirib.
Vladimir Putin “Tatyanin den” münasibəti ilə ali məktəb tələbələri
ilə videokonfrans formatında görüşündə məlum videonun montaj
olduğunu söyləyib:
“Orada hansısa hovuzu göstərirlər.
Göstərirlər ki, mən həmin hovuzda üzürəm. Amma mən heç vaxt o
hovuzda olmamışam. “Butterflay” formasında isə 2016-cı ildə Yenisey
çayında üzmüşəm. Oradan götürüb montaj ediblər”.
Rusiya Prezidenti həmin filmdə adı çəkilən şəxslərdən kimlərisə
tanıdığını, kimlərisə qətiyyən tanımadığını söyləyib:
“Orada adı çəkilənlərdən dostum, tanışım var. Lakin
elələri də var ki, ümumiyyətlə, tanımıram. Mən heç vaxt bizneslə
məşğul olmamışam. Mənim həmkarlarım arasında isə bizneslə məşğul
olanlar var, misal üçün Donald Tramp
biznesmendir”.
V. Putin filmdə əksini tapmış sarayın ona məxsus olmadığını da
bildirib:
““Araşdırmalar”dan birində mənim olduğu iddia
edilən saray nə mənim, nə də mənim hansısa yaxın qohumumundur.
Mənim Gələncikdə “saray”ımın olduğu barədə şayiələrlə rusiyalıların
“beyinlərini yumağa” cəhd edirlər”.
Mənbə:
report.az