"Konservləşdirilmiş Gürcüstan" - Parlamentin qarşısında mitinq
"Pandemiya ilə adekvat addımlarla mübarizə" - Parlamentin qarşısında COVID-19-la əlaqəli məhdudiyyətlərin yüngülləşdirilməsi tələbi ilə mitinq keçirilir.

"Gürcüstan üçün Birləşmiş Gənclər" təşkilatının nümayəndələri Parlament binası qarşısında toplaşaraq hökuməti məhdudiyyətlərlə bağlı siyasəti yenidən nəzərdən keçirməyə çağırırlar.

“Tələbimiz nəqliyyatın bərpa edilməsi və komendant saatının qaldırılmasıdır. Tamamilə qaldırılmasa da, ən azından qısaltsınlar, çünki insanlar, heç evə gedib çata bilmirlər. Bir çox vətəndaş, əsas problemlərinin nəqliyyatın işləməməsi olduğunu söyləyir",-
deyə mitinqin təşkilatçılarından biri Teona Naxaxteveli "Netgazeti"-yə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, təşkilat nümayəndələri ictimai nəqliyyatın işləməməsinin sosial-iqtisadi problemlərə səbəb olduğu bir sıra vətəndaşların hekayəsini dinləyiblər. "Yemək üçün pullarının olmadığını söyləyirlər və bu pulu tapsalar da, ərzaq almaq üçün bazara gedə bilmirlər, çünki taksi tutmaq üçün pulları yoxdur",- deyə o, qeyd edib.

"Gürcüstan üçün Birləşmiş Gənclər" eyni tələblərlə mitinqləri davam etdirməyi planlaşdırır.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google