“Gürcüstan hökumətinin strukturunda bəzi dəyişikliklər
edilib”.
Bunu ölkənin baş naziri Qiorqi Qaxariya hökumətin iclasında
bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi ayrıca dövlət qurumu kimi
yaradılacaq, mədəniyyət, idman və gənclər istiqaməti isə bir
nazirlikdə birləşdiriləcək.
Baş nazir qeyd edib ki, nazirliklərin ayrılması barədə texniki
məsələlər artıq yekunlaşdırılıb.
Qeyd edək ki, bu vaxta qədər Gürcüstanda təhsil, elm, mədəniyyət və
idman sahələri üzrə bir nazirlik fəaliyyət göstərib.
Mənbə: report.az