Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim
Məmmədov açıqlama verib.
"İndiyə qədər 50 minə yaxın vətəndaş peyvənd olunub.
Onların əksəriyyəti səhiyyə işçiləridir", - hökumətin
sözçüsü bildirib.
Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına
qarşı vaksinasiyaya start verilib. Vaksinlə bağlı qəbul edilən
strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid
olan tibb işçilərinə vurulur.
Mənbə: report.az