Gürcüstan dron istehsalı ilə bağlı Cənubi Afrika və Polşa ilə danışıqlara başlayıb
Gürcüstan silahlı qüvvələrinin döyüş qabiliyyətini yerli dronlar istehsal edərək artırmağa çalışacaq. Bu barədə Gürcüstan parlamentinin “nazir saatı” formatında çıxış edən müdafiə naziri Cuanşer Burçuladze deyib. Bildirib ki, Gürcüstan “Delta” elmi texniki mərkəzində kiçik və böyük ölçülü dronların hazırlanması ilə bağlı Cənubi Afrika və Polşa şirkətləri ilə aktiv müzakirələrə başlayıb.

Nazir qeyd edib ki, Gürcüstan hökuməti bölgədə aparılan son döyüş əməliyyatlarında da istifadə edilən əməliyyat-taktiki dronlara, radio-elektron mübarizə və müşahidə cihazlarına xüsusi diqqət ayırır.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google