Gürcüstan Baş naziri İrakli Qaribaşvili Ermənistana rəsmi səfəri
çərçivəsində bu ölkənin Baş naziri vəzifəsini icra edən Nikol
Paşinyanla görüşüb.
Bu barədə Gürcüstanın hökümət administrasiyası məlumat yayıb.
Bildirilib ki, təkbətək və geniş tərkibdə baş tutan görüşlər zamanı
tərəflər iki ölkə arasında mədəni, ticari, iqtisadi, nəqliyyat,
logistika və energetika sahələrində əməkdaşlıqla bağlı müzakirələr
aparıblar. Qeyd olunub ki, görüş zamanı bölgədə sülh, stabillik və
regional inkişafın önəmi vurğulanıb.
Mənbə: apa.az