“Birbaşa danışıqlar və təmaslar, əməkdaşlıq olmadan
regionda uzunmüddətli sülh əldə edilməyəcək”.
Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya
Diplomatiya Forumunda “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq
üçün yeni imkanlar” panelində çıxışında deyib.
O, Cənubi Qafqaz bölgəsindəki hər bir ölkənin üstünlükləri və
rolunun olduğunu bildirib:
“Strateji tərəfdaşımız
Azərbaycanın öz rolu var. Azərbaycan bölgədə mühüm oyunçu kimi
Xəzər dənizindən neft və qazı Gürcüstan vasitəsilə Türkiyəyə nəql
edən geostrateji və geosiyasi cəhətdən mühüm layihələri inkişaf
etdirir. Bu layihələr gələcəkdə daha da genişləndirilə
bilər".
XİN başçısı qeyd edib ki, Ermənistanın regional əməkdaşlıqla bağlı
müzakirələrə cəlb edilməsi Cənubi Qafqazda gələcək sülh və inkişaf
üçün əlverişli mühit yarada bilər.
Mənbə: report.az