Baş nazir İrakli Qaribaşvilinin sözlərinə görə, koronavirusun
qarşısının alınması məqsədilə qoyulmuş məhdudiyyətləri - təcrid,
karantin və maska taxma qaydalarını pozduqları üçün cərimələnən
şəxslər cəriməni ödəməkdən azad ediləcəklər.
Bu barədə Baş nazir İrakli Qaribaşvili bu gün keçirdiyi brifinqdə
bəyan edib.
“Bu gün parlamentə pandemiya şəraitində tətbiq olunan qaydaları
pozduqlarına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb
olunanlara dair iki qanun layihəsi təqdim edildi. Təşəbbüsə əsasən,
əfv tətbiq ediləcək və 245 mindən çox vətəndaş və 344 hüquqi şəxs
həm cinayət məsuliyyətindən, həm də inzibati cərimələrdən azad
ediləcək. Söhbət təcrid, karantin və maska taxma qaydaları
pozulduğuna görə tətbiq olunan 76 milyon lariyə yaxın ödənilməmiş
cərimələrdən gedir. Bu qərarı, əlbətdə ki, pandemiyanın yaratdığı
ağır sosial-iqtisadi vəziyyəti nəzərə alaraq verdik. Pandemiya
zamanı çox sayda vətəndaşımızın və müəssisəmizin təsirləndiyini və
2020-ci ilin çox çətin bir il olduğunu çox yaxşı başa düşürük. Bu
cərimələr onlar üçün ağır bir yük idi. Əlbətdə ki, virusu idarə
etmək üçün qaydalara riayət edilməsinin lazım olduğunu başa
düşürük, bununla yanaşı, vətəndaşlarımızın iqtisadi vəziyyətini
yüngülləşdirmək də çox vacibdir və bu təşəbbüs bunun səbəbidir. Bu
təşəbbüs ən qısa müddətdə təsdiqlənəcək" ,- deyə
Qaribaşvili bildirib.