"Biz azərbaycanlı və erməni qardaşlarımıza vasitəçilik
təklif edirik".
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili brifinqdə deyib.
Onun sözlərinə görə, iyun ayında Gürcüstan iki qonşu ölkə arasında
uğurlu vasitəçilik edib və bu, presedenti olmayan hadisə oldu.
Baş nazir bildirib ki, Cənubi Qafqazda sülh təşəbbüsü bu prosesin
davamıdır:
"Biz qardaş dövlətlər arasında mediasiya,
Tbilisini danışıqlar meydanı kimi təklif edirik".