"Gürcü Arzusunun" proporsional siyahıda ikinci nömrəsi Adil Əliyev
Marneulinin yeni çağırış Bələdiyyə Məclisinin sədr müavini ola
bilməyib.
Adil Əliyevin "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdiyinə
görə, seçkiqabağı dövrdə partiyada razılaşıblarmış ki, onu sədr
müavini təyin edəcəklər. Ancaq komanda daxilində müəyyən şəxslərin
qarşı çıxması nəticəsində sədr müavini kimi onun namizədliyini
təqdim etməyiblər.
Adil Əliyevin sözlərinə görə, onun üçün hansı vəzifədə
işləyəcəyinin fərqi yoxdur. O, bildirdi ki, Bələdiyyə Məclisinə
vəzifə üçün üzv olmayıb və yenə “Gürcü Arzusunun” sıralarında
fəaliyyətinə davam edəcək.
"Partiyada komissiya sədrliyi təklif etdilər, mən də
razılaşdım. Marneuli sakinləri üçün adi rejimdə fəaliyyətimə davam
edəcəyəm", – Adil Əliyev bildirdi.
Marneulinin yeni çağırış Bələdiyyə Məclisinin sədri yenidən Amiran
Qiorqadzedir. Qiorqadze müavinləri vəzifəsinə Tariel Məmmədov,
Riçard Qiqiani və Rövşən İsgəndərovu təqdim edib.