Polşada 26 yaşlı gürcü qadın öldürülüb
Polşanın Lodz şəhərində 26 yaşlı gürcü qadın öldürülüb.

Yerli KİV-in məlumatına görə, qadının gürcü əri tərəfindən ölümcül yaralandığı bildirilir.

Polşa mediası yazır ki, 42 yaşlı kişi əvvəlcə həyat yoldaşına ölümcül yaralar vurub, sonra özünə xəsarət yetirib və yaşayış evində yanğın çıxarıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər qadını yanan evdən çıxarmağa müvəffəq olub, bundan sonra qadının üzərindəki yaralar həyatla bir araya sığmasa da, tibb müəssisəsinə aparılıb və o, dünyasını dəyişib. Kişinin hazırda səhhəti ağır olduğu üçün klinikadadır.
Print ელ. ფოსტა
FaceBook Twitter Google